Gürcüstanda DTX-nin sabiq rəis müavini saxlanıldı 

media-hightechnic-468x90

Gürcüstan polisi respublikanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş rəis müavini İosif Qoqaşvilini saxlayıb.

Bu barədə Yenicag.az Gürcüstan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, sabiq məmur məhkəmənin qərarı əsasında istintaq hərəkətlərinin aparılması üçün saxlanılıb. Lakin ona qarşı hansı maddənin irəli sürüldüyü hələ dəqiqləşdirilməyib.

Qoqaşvilinin saxlanmasından əvvəl qalmaqal baş verib. Gürcüstanın “Maestro” telekanalı 2021-ci ilin payızında çəkilmiş videonu nümayiş etdirib. Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini bununla bağlı jurnalistlərlə kəşfiyyat xəbərçiləri haqqında süjet hazırlamaq və onların adlarını açıqlamaq planlarını müzakirə edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600