Gürcüstanda etiraz aksiyaları yenidən canlanır - 3 nəfər saxlanıldı

media-hightechnic-468x90

Gürcüstanın paytaxtı Tbilisi şəhərində ölkə parlamentinin binası qarşısında etiraz aksiyası davam edir.

Yenicag.az xəbər verir  ki, aksiya təşkilatçısı olan “Ayıbdır” hərəkatının üzvləri və “Vətənpərvərlər Alyansı Partiyası”nın tərəfdarları arasında qarşıdurma baş verib.

Polis insidentə müdaxilə etməli olub və üç nəfəri saxlayıb. Həmin şəxslər polisə tabe olmaqdan imtina ediblər.

Qeyd edək ki, “Ayıbdır” hərəkatının üzvləri və tərəfdarları səhər saatlarında parlament ətrafında aksiya keçirirlər. Onlar Gürcüstan hökumətinin yeni tərkibinə etiraz edirlər./Report/

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600