Gürcüstanda gülənçilərin həbsinə başlanılıb

media-hightechnic-468x90

Tbilisi şəhər məhkəməsi Türkiyədə FETÖ terror təşkilatıyla əlbir olmaqda ittiham olunan Mustafa Emre Çabuk barəsində həbs qərarı verib.

media-banner_tuq

Yeniçağ.az haqqın.az-a istinadən xəbər verir ki, bu barədə məhkumun vəkili Vaxtanq Kvijinadze məlumat verib.
Çabuka Türkiyənin xahişi ilə çərşənbə günü Tbilisidə saxlanılıb. O, Türkiyədə 2016-cı il iyulun 16-da hərbi çevriliş cəhdində ittiham olunan və hazırda ABŞ-da yaşayan Fətullah Gülənə (FETÖ) yardım göstərməkdə günahlandırılır.

Mustafa Emre Çabuk 2002-ci ildən Gürcüstanda yaşayır və burada təhsil sahəsində çalışır. Onun sonuncu iş yeri Dəmirəl adına özəl kollec olub. Çabuk 2016-cı ildən etibarən burada keyfiyyətin idarə olunması üzrə menecer vəzifəsində işləyib.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05