!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Gürcüstanda kinoteatrlar açılır, bəs bizdə? – Kinosevərlərə VACİB XƏBƏR – RƏSMİ

!Reklam – Yazi

Sentyabrdın 15-dən Gürcüstanda kinoteatrların fəaliyyəti bərpa olunacaq. Bəs Azərbaycanda kinoteatrların qapısı tamaşaçıların üzünə nə vaxt açılacaq?

Nizami Kino Mərkəzinin direktor müavini Arzu Əhədova Yenicag.az-a açıqlamasında Operativ Qərargahın qərarını gözlədiklərini bildirib:

“Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə 14 mart 2020-ci il tarixdən Nizami Kino Mərkəzi öz fəaliyyətini müvəqqəti dayandırıb. Fəaliyyətə yenidən başlamağımız da məhz Operativ Qərargahın qəbul edəcəyi qərardan asılıdır. Səbirsizliklə gözləyirik. Onu da qeyd edim ki, kino mərkəzi fəaliyyətə başladığı zaman tamaşaçıların səhhəti nəzərə alınacaq, sosial izolyasiya qaydalarına riayət olunacaq, izləyicilər arasında məsafəni saxlamaq təmin ediləcək”.

“CinemaPlus” kinoteartlar şəbəkəsinin PR meneceri Nərmin Həsənova da saytımıza açıqlamasında bildirib ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin fəaliyyətinin bərpası Operativ Qərargahın qəbul edəcəyi qərardan asılı olacacaq. “CinemaPlus” kinoteatrlar şəbəkəsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahıın qərarı ilə pandemiyaya görə, martın 14-dən fəaliyyətini müvəqqəti dayandırıb.

Fəaliyyətə yenidən başlamağımız da məhz Operativ Qərargahın qəbul edəcəyi qərardan asılıdır.Karantin bitəndən sonra hər bir zalımızda maksimal dərəcədə dizinfeksiya işləri görüləcək. Tamaşaçıların səhhətini qorumaq və virusa yoluxma təhlükəsini minimuma endirmək üçün dünyada görülən lazimı tədbirlər “CinemaPlus” kinoteatrlar şəbəkəsində də görüləcək.

Krizis bitdikdən sonra paytaxtın mərkəzində, Xəzər dənizinin sahilində – Dəniz Mall ticarət mərkəzində ölkənin və Qafqazın ən böyük kinoteatrı “CinemaPlus” ən son 4DX texnologiyası ilə açılacaq”.

Cəvahir

www.yenicag.az

2212
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv