!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstanda sürüşmə baş verən ərazidə axtarışlar yekunlaşdı

!Reklam – Yazi

Avqustun 3-də Gürcüstanın sürüşmənin baş verdiyi Şovi kurort zonasında quruda axtarış işləri başa çatıb.

Yenicag.az Gürcüstan mediasına istinadən xəbər verir ki, xilasedicilər bundan sonra bütün səylərini çaylarda insanların axtarışına sərf edəcəklər.

Son məlumatlara görə, sürüşmə nəticəsində 26 nəfər ölüb, onlardan 24-nün şəxsiyyəti müəyyən edilib. Yeddi nəfər itkin düşmüş hesab olunur. Xilasedicilər fəlakət bölgəsindən 200-dən çox insanı təxliyə edə bilib.

“Fəlakət zonasında işlər intensiv şəkildə aparılır. Çançaxi və Rioni çaylarının kanallarında da işlər davam etdirilir. Həmçinin ağır texnikanın köməyi ilə axtarışlar aparılır və yaxın günlərdə intensiv iş rejimində davam etdiriləcək. Bu barədə jurnalistlərə Oni rayon meri Sergi Xideşeli bildirib.

Onun sözlərinə görə, hadisə yerində 400-dən çox xilasedici və 200 hərbçi işi davam etdirir.

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv