Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gürcüstandan daha 250 nəfər Azərbaycana təxliyə edilir

Pandemiya səbəbindən Gürcüstanı tərk edə bilməyən daha 250 Azərbaycan vətəndaşının Vətənə təxliyəsi həyata keçiriləcək.

Yenicag.az xəbər verir ki, təxliyə yanvarın 15-nə təyin olunub.

Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib ki, təxliyə olunacaq şəxslər sabah koronavirus testindən keçiriləcəklər və nəticələr yanvarın 14-də açıqlanacaq.

COVID-19 aşkarlanmayanlara Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında səfirlik nümayəndəsi tərəfindən xüsusi arayışlar veriləcək və onlar Vətənə dönə biləcəklər.

Qeyd edək ki, pandemiya dövründə Gürcüstan vasitəsilə 2 minə yaxın azərbaycanlının Azərbaycana qayıtması təmin edilib.

www.yenicag.az

157