Güzəştli gediş haqqı NECƏ OLACAQ? – “Ciddi islahatlara ehtiyac var, çünki...” – VİDEO
“Nəqliyyat sahəsində ciddi islahatlara ehtiyac var, çünki nəqliyyat sistemi bu günün reallıqlarına cavab vermir”.
Bunu Yenicag.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.
O, ictimai nəqliyyatda tələbələr və pensiyaçılara güzəştlər məsələsi ilə bağlı fikirlərini səsləndirib.
İqtisadçı bildirib ki, ictimai nəqliyyatla bağlı müxtəlif ölkə və şəhərlərdə fərqli konsepsiyalar var:
“Elə ölkələr var ki, ictimai nəqliyyat, ümumiyyətlə, pulsuzdur, çünki şəhərin gəliri çoxdur. Bəzi ölkələrdə isə həftəlik, aylıq, hətta illik gediş haqqı ödənişləri mövcuddur. Nəqliyyat sahəsində ciddi islahatlara ehtiyac var, çünki nəqliyyat sistemi bu günün reallıqlarına cavab vermir”.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli
Samir Məcidov