!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Güzəştli ipoteka kreditlərinin ƏLVERİŞSİZ ŞƏRTLƏRİ: “Gəlir tələbinin yüksək məbləğdə təyin olunması...”

!Reklam – Yazi

“Banklar orta məktəb müəllimlərinin maaşının 600-700 manat olduğunu nəzərə almalıdırlar”.

Bu fikirləri güzəştli ipoteka kreditlərinin şərtləri ilə bağlı narazılıqların artmasına münasibət bildirən Milli Məclisin deputatı Rüfət Quliyev Yenicag.az-a açıqlamasında deyib.

 

Millət vəkilinin sözlərinə görə, güzəştli ipoteka kreditlərinin şərtlərinə dəyişikliklə əlaqədar müəyyən adımlar atılmalıdır:

“Güzəştli ipoteka kreditlərinin şərtlərinə dəyişiklik edilməsinə ehtiyac var. Bununla bağlı, xüsusilə də ipoteka kreditlərinin faizləri ilə əlaqədar Milli Məclisdə də müəyyən təkliflər səsləndirilir.

Sahibkarlara güzəştli kreditlərin verilməsi üçün xüsusi fond təşkil edilib. Mən və bir qrup deputat düşünür ki, az təminatlı ailələrə və müharibə veteranlarına ipoteka kreditlərinin verilməsi üçün buna bənzər addım atılmalı və onlara illik 2-3 faiz aşağı olmaqla güzəştli ipoteka verilməlidir. Burada ən vacib məsələlərdən biri ipoteka kreditləri ayrılan zaman banklar vətəndaşların qarşısında qoyduğu aylıq gəlirin 1000 manatdan aşağı olmaması tələbidir.

Bununla bağlı dəfələrlə şikayətlər edilib. Dövlət qurumlarında, orta məktəblərdə işləyən müəllimlər orta hesabla təqribən 600-700 manat maaş alırlar. Düşünürəm ki, banklar bunu nəzərə almalıdırlar. Bankların daimi girovu var, buna görə də gəlir tələbinin yüksək məbləğdə təyin olunmasına ehtiyac yoxdur”.

Nuray Məmmədzadə

COP29

www.yenicag.az

292
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv