Habil Əliyevlə vida mərasimi başlayır-Foto

media-hightechnic-468x90

11930670_896840157020540_1946966904_nHazırda xalq artisti Habil Əliyevlə vida mərasimi keçirilir. “Qafqazinfo”nun əməkdaşlarının məlumatına görə, vida mərasimi saat 12-00-da başlayacaq. Artıq vida mərasimində iştirak üçün bir sıra sənətçilər Filarmoniyaya gəlib.

***

Müğənni Röya Ayxan xalq artisti Habil Əliyevin vida mərasiminə qatılıb.

Müğənni jurnalistlərə açıqlamasında mərhumun ölümündən kədərləndiyini bildirib:

“Mənim üçün çox çətindir. Böyük sənətkar itirdik, artıq onun kaman səsi, gözəl danışığı, məzəli zarafatları olmayacaq. Hər adama şərəfli ölüm nəsib olmur. Şərəflə yaşadı, şərəflə öldü, indi onun kimi insan olmaq çox çətindir. Lakin Habil bəy gözəl insan olmağı bacardı. Biz onun kimi ola bilmərik”(qafqazinfo)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600