Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hacı Zeynalabdinin balığı

Haci-Zeynalabdin-Tagiyev-2…Bir neçə adam küçədə Hacıya rast gəlir.Hacı Soruşur: ” Nə var nə yox? “. Deyirlər ki, “Hacı, neçə gündür şəhərdə bir dənə də olsun təzə balıq tapılmır. Kömək eləyin”. Hacı deyir : ” Arxayın olun , bu günlərdə şəhərə balıq gətirərlər”.

Sabahı günü faytona minib gedir vətəgələrindən birinə. Balıqçılar Hacını görəndə əl-ayağa düşür, torlarını yığır, canla- başla çalışırlar. Hacı təzə tutulmuş, çapalayan bir balığı gətizdirir, barmağındakı brilyant üzüyü çıxardıb məftillə balığın quyruğuna bənd etdirib dənizə buraxdırır.

Bu xəbər bütün vətəgələrə yayılır. Balıqçılar quyruğunda brilyant üzük olan balığı tutmağa cəhd edirlər. İki gündən sonra şəhər bazarlarına o qədər şamayı, kütüm, som, Sazan, çapaq. leş, osetrin, qızıl və ağ balıq gətirirlər ki, tərpənmək olmur.

Araz VƏLİYEV
Tarıxçı

Loading...

www.yenicag.az

447