!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hacıbəy Heydərli ATƏT-in tədbirində: Ermənistan sülh istəmir, yeni təxribata hazırlaşır

!Reklam – Yazi
“Düşünürəm ki, münaqişə dövrləri ilə bağlı Azərbaycan mətbuatının və Azərbaycan jurnalistlərinin çox böyük təcrübəsi var. Belə ki, Azərbaycan son 35 ildə Ermənistan ilə münaqişə və müharibə dövründə olub. Bu illər ərzində ölkəmizə qarşı informasiya müharibəsi aparılıb. Xüsusən, Birinci və İkinci Qarabağ müharibəsi illərində xarici mətbuatda Azərbaycan ilə bağlı yalan xəbər və dezinformasiyalar yayılıb”.
Yenicag.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azxeber Media Qrupun baş redaktoru rəhbəri Hacıbəy Heydərli ATƏT-in “Münaqişə və humanitar böhranlar dövründə medianın rolu” mövzusunda Avstriyanın paytaxtı Vyanada keçirilən konfransında çıxışı zamanı deyib.
Hacıbəy Heydərli qeyd edib ki, 44 günlük Vətən Müharibəsində Azərbaycana qarşı dezinformasiyaların qarşısını Prezident İlham Əliyevin xarici mediaya verdiyi müsahibələr alıb:
“İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan cəbhədə olduğu kimi informasiya müharibəsində də Ermənistana çox ağır zərbələr vurdu.
Azərbaycan prezidenti İlham Əliyev 44 günlük müharibədə dünyanın nüfuzlu media qurumlarına 31 müsahibə verdi. Prezident Əliyev həm Azərbaycan, həm türk, həm rus, həm də ingilis dilindəki müsahibələri ilə müharibə ilə bağlı həqiqətləri söylədi, Azərbaycana qarşı dezinformasiya və feyk nyusların qarşısını aldı.
Müharibədən sonrakı dövrdə Azərbaycana qarşı dezinformasiya kampaniyası yeni mərhələyə qədəm qoydu. Azərbaycanlı eko fəalların Şuşa – Xankəndi yolundakı dinc aksiyasını Ermənistan və bəzi Qərb mətbu orqanları başqa cür təqdim etdilər. Onların iddiasına görə Xankəndidə yaşayan ermənilər etnik təmizləməyə məruz qalırdılar. Əslində isə bu kökündən yalan məlumatlar idi. Həmin yol humanitar məqsədlər və dinc əhali üçün açıq idi.
Azərbaycan və dünya mediası oradan hər saat canlı reportajlar yayımlayırdı. Mən özüm də bunun canlı şahidi olmuşdum.
Baş redaktor qeyd edib ki, bu gün də Azərbaycana qarşı bəzi xarici KİV-lərdə kampaniya aparılır:
“Təəssüf ki, Azərbaycana qarşı dezinformasiya kampaniyası bu gün də davam edir. Ermənistan tərəfi yalan xəbərlərlə dünya ictimaiyyətini aldatmağa çalışır. Azərbaycanla ilə Ermənistanın sülh danışıqları getdiyi bir anda Ermənistan son günlər yenə də sərhəddə yeni münaqişə yaratmağa çalışır. Onlar son bir neçə gündə dəfələrlə Azərbaycanın mövqelərini atəşə tutub. Bu da onu göstərir ki, Ermənistan  sülh istəmir və təxribatlarına davam edir”.

www.yenicag.az

85
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv