Hacılarımız qayıdır

media-hightechnic-468x90

47061Bu gündən başlayaraq Həcc ziyarətini başa vuran hacılarımız vətənə qayıtmağa başlayırlar. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın verdiyi məlumata görə, zəvvarlar bu gündən etibarən Azərbaycana qayıdırlar. İlk qrup bu gün saat 14:06-da qayıdacaq. Bundan başqa gün ərzində 14:32, 16:06, 21:06, gecə 03:00-da da reyslər olacaq.

Zəvvarlarımız Azərbaycana məxsus təyyarlərlə qayıdacaqlar. Ümumiyyətlə, ziyarətdən qayıdış reysləri oktyabrın 11-dən etibarən 15-i də daxil olmaqla hər gün olacaq.

Xatırladaq ki, bu il Həcc ziyarətinə gediş reysləri sentyabrın 23-28-nə, qayıdış isə oktyabrın 11-15-nə planlaşdırılmışdı. İŞİD terroru ilə bağlı təhlükə səbəbindən gediş yalnız təyyarə ilə həyata keçirilib. Zəvvarlarımızı qrup rəhbərləri və həkim briqadası müşayiət edib. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600