Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Hacıqabulda baş verən yol qəzasında ölənlərin kimliyi müəyyən edilib - YENİLƏNİB

Biləsuvar rayonunda yerləşən Cəbrayıl köçkün qəsəbə sakini, 1973-cü il təvəllüdlü Allahverdiyev Qərib Məmməd oğlunun idarə etdiyi “Xəzər” markalı 14 BF 094 dövlət nömrə nişanlı minik avtomobilinin idarəetmədən çıxaraq qəza törədməsi nəticəsində ölən şəxslərin kimliyi məlum olub.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində avtomobildə olan sərnişinlər İmişli sakini, Mirqaim Tağıyev və sürcünün həyat yoldaşı, Cəbrayıl sakini, 1977-ci il təvəllüdlü Quliyeva Sahibə Vaqif qızı hadisə yerində ölüblər. Sürcü yüngül xəsarət alıb.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

***

23:02

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, ilkin məlumata görə, 14 BF 094 dövlət nömrə nişanlı “Xəzər” markalı minik avtomobili Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində idarəetmədən çıxaraq dəmir sədlərə çırpılıb.

Hadisə nəticəsində biri kişi, digəri qadın olmaqla iki nəfər ölüb. Bir nəfər isə xəstəxanaya yerləşdirilib.
Qəzada ölənlərin kimliyi müəyyən edilir. /apa.az/

www.yenicag.az

4420
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM