!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hacıqabulda zəncirvari QƏZA: 20 avtomobil toqquşdu - Ölən və yaralananlar var / ADLAR - VİDEO

Bakı-Qazax magistral yolunda ağır yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə magistiralın 113 –cü km-də, Şirvan şəhəri ilə Hacıqabul rayonu ərazisinin kəsişdiyi körpüdə baş verib

İlkin məlumata görə, zəncirvari qəza zamanı 10 maşın toqquşub.

Hacıqabul rayonunda zəncirvari qəzada 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Qəza nəticəsində Sabirabad rayon sakini, 1970-ci il təvəllüdlü Cəlil Ələkbər oğlu Ələkbərov ölüb.

Hazırda 7 yaralının adı məlumdur, 6 nəfərin şəxsiyyəti isə dəqiqləşdirilir.

Bakı şəhər sakinləri – 1982-ci il təvəllüdlü Mahirə Vaqif qızı Vəliyeva, 1968-ci il təvəllüdlü Fəxrəddin İsmayıl oğlu Həsənov, Sabirabad rayon sakinləri – 2007-ci il təvəllüdlü Fəxri Cəlil oğlu Ələkbərov, 2005-ci il təvəllüdlü Xəyyam Əyyam oğlu Əliyev, 1994-cü il təvəllüdlü Rüfanə Mehman qızı Məmmədova, 2019-cu il təvəllüdlü Əsmər Həsən qızı Həsənli, 1977-ci il təvəllüdlü Elmir Ələkbər oğlu Ələkbərov, 1998-ci il təvəllüdlü Pərvin Zeyfun qızı Həsənova, 2017-ci il təvəllüdlü Səyid Ramil oğlu Məmmədəli, 2015-ci il təvəllüdlü Fidan Ramil qızı Məmmədəli, 2016-cı il təvəllüdlü Elmira Ramil qızı Məmmədəli, 1970-ciil təvəllüdlü Rəqiyyə Abdulhəsən qızı Həsənova, 2010-cu il təvəllüdlü Hüseyn Elnur oğlu Ələkbərov və 1993-cü il təvəllüdlü Həsən Mehman oğlu Həsənov xəsarət alıblar.

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

341
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100