Oktyabrın 12-də Yaponiyada başlayan güclü “Hagibis” qasırğası ölkənin kənd və balıqçılıq təsərrüfatına xeyli ziyan vurub.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin İctimai televiziyası məlumat yayıb.
“Haqibis” qasırğası 7 min kənd təsərrüfatı obyektinə, düyü zəmilərinə, meyvə bağlarına ziyan vurub.
Balıqçılıq limanları, dəniz məhsullarının emalı üzrə sahilyanı fabriklər ciddi zərər görüb.
Bildirilib ki, qasırğanın vurduğu ziyan təqribən 902 milyon dolları ötüb və bu qiymətləndirməyə görə axtarış-xilasetmə işləri aparıldıqca ziyanın miqdarı da artacaq.