Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Hakimiyyətdəkilər Rusiyaya cavab vermək əvəzinə, Hafiz Hacıyevin üstünə gedirlər” - Elşad Musayev

Reklam: Sinerji Pro

“Rusiya hərbçilərinin üçtərəfli bəyanatdan kənara çıxan hərəkətlərinə dərhal adekvat cavab verilməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son günlər Azərbaycanın siyasi cameəsində müşahidə olunan Rusiyaya yönəlik reverans xarakterli çıxışların artmasına və bəzi partiya sədrlərinin Moskvaya rəğbətlərini çəkinmədən bəyan etmələrinə münasibət bildirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.

Elşad Musayev bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından təqribən 30 il keçsə də, ölkədə “5-ci kolon” hələ də fəaliyyətdədir:

“Hazırda Azərbaycanda “5-ci kolon” və onlara xidmət edənlər fəaliyyət göstərməkdədirlər. Azərbaycan xalqının və əsgərinin biləyinin gücü ilə, ağlının zəkası ilə, zəhməti ilə qazandığı qələbəni Rusiyanın adına çıxanlar yenə fəallaşıblar. Bu, qəbulolunmaz haldır.

Təəssüflər olsun ki, Azərbaycanın hakimiyyət strukturlarında da Rusiyaya bağlı olan və qorxaqlıq nümayiş etdirən fiqurlar var. Qarabağda yerləşdirilmiş Rusiya hərbi kontingenti öz mahiyyətinə görə sülhməramlı yox, “bədməramlı”dır, hoqqabazlıq edirlər.

Rusiya hərbçilərinin üçtərəfli bəyanatdan kənara çıxan hərəkətlərinə dərhal adekvat cavab verilməlidir. Onlar da yerini, həddini bilməlidirlər. Azərbaycan əsgəri döyüş görmüş, od-alovdan keçmiş, öz torpaqlarını işğaldan azad etmiş bir əsgərdir. Rusiya hərbçiləri bilməlidirlər ki, buranın yiyəsi, sahibi var. Özlərini jandarm kimi aparmamalıdırlar.

Bütün bunlar onu göstərir ki, ölkə daxilində Rusiyanın agentura şəbəkəsi tam gücü ilə işləyir. Türkiyə ordusunun Azərbaycana gətirilməsini istəməyənlərin əksəriyyəti həmin agentura şəbəkəsinə daxildir. Ona görə də bunlara sərt şəkildə təpki vermək lazımdır. Biz qazandığımız qələbəyə heç bir halda kölgə sala bilmərik”.

BAP sədri qeyd edib ki, Rusiya hər zaman konstruktiv danışıqlardan qaçıb, problemi həll etməyə meyilli olmayıb:

“Rusiyanın siyasəti budur, Putin də o siyasətin davamçısıdır. İndinin özündə də Rusiyanın bütün KİV-ləri Ermənistanın xeyrinə fəaliyyət göstərir. Rusiyanın Federasiya Şurasının sədri Qarabağa status verilməsindən danışır. Bizim Milli Məclisin sədri isə Rusiyaya cavab vermək əvəzinə, Hafiz Hacıyevin üstünə gedir.

Dünən Rusiya mətbuatında yazılıb ki, Rusiya sülhməramlıları Azərbaycan ordusuna ultimatum verib. Hətta açıq müharibəyə getsək belə, Rusiya ordusunun qarşısından bir addım da geri çəkilmək olmaz. Düşmənin qabağından qaçdıqca, üstünə gələcək”.

Səxavət Məmməd

www.yenicag.az

3931