!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Halloven”in uşaq psixologiyasına mənfi TƏSİRLƏRİ: “Qorxu hissi yaradır”

!Reklam – Yazi

“Ötən il pasiyentlərim arasında 14-15 yaşlı bir yeniyetmə birdən-birə balqabağın içərisindən maskalı nəyinsə çıxmasından qorxaraq, onda kəkələmə əmələ gəlmişdi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında “Halloven” bayramının uşaq və yeniyetmələrə psixoloji təsiri barədə danışan psixoloq Zeynəb Eyyubova deyib.

Onun sözlərinə görə, istənilən bayram şişirdilmiş, qeyri-adi şəkildə keçirilsə, bu bayramların bizə problemi var.

“Xüsusi olaraq “Halloven” bayramı bəzi bağçalarda keçirilir, bəzilərində isə keçirilmir. Rəhbəri və psixoloqu olduğum bağçada bu tədbir keçirilmir. Çünki bu bayramda geyinilən qara geyimlər, taxılan maskalar xüsusən 2-3 yaşlı uşaqlarda qorxu hissi, 5-6 yaşlı uşaqlarda kəkələmənin yaranmasına səbəb ola bilər. Bəzən buna əyləncə kimi baxırıq, amma uşaqlar onu əyləncə kimi qəbul etməyə bilir. Bu bayramı yeniyetmələr də keçirir. Ötən il pasiyentlərim arasında 14-15 yaşlı bir yeniyetmə birdən-birə balqabağın içərisindən maskalı nəyinsə çıxmasından qorxaraq, onda kəkələmə əmələ gəlmişdi. Əslində, bu bayram onlarda qorxu, hiss problemi yaradır. Əcaib geyimlərin geyinilməsi və bir-birilərinə qarşı ironik vəziyyətin yaranması psixoloji olaraq doğru deyil. Bundan daha gözəl bayramlar da var. Bu bayram payız fəslinə görədir. Əslində, respublikanın qaydasına görə bütün bağçalarda, payız bayramı keçirilir. Bu da xaricilərin payız bayramıdır. Bu bayramı daha xeyirli bayramlarla əvəzləsək daha məqsədəuyğun olar”, – deyə o vurğulayıb.

Psixoloq qeyd edib ki, bu bayram bağçalarda uşaqlarda fobiyaların yaranmasında xüsusi rol oynayır.

“Bu bayramın keçirilməsində rəsmi qadağa yoxdursa, bunu həm keçirmək olar, həm də olmaz, amma hər şeyi həddində etmək lazımdır. Nəzərə almaq lazımdır ki, indiki 1-6 yaşlı uşaqlar bir cür, 6-15 yaşlı uşaqlar isə tamam başqa cür həssasdır. Həssaslığı nəzərə alaraq, bir psixoloq kimi bu bayramın əleyhinəyəm. Bu “Halloven” bayramının yaranması ingilis dili bölmələrinin yaranmasından sonra baş verdi. Bu bayram adətən bağçalarda deyil, məktəblərdə keçirilir. Əgər bir problem yaranmazsa, nəsə demək doğru olmaz”, – deyə o bildirib.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

259
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv