“Tramp marşrutu” konsessiya əsasında CQDY şirkətinə veriləcək?

media-hightechnic-468x90

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlament dinləmələri zamanı deputat Geqam Nazaryanın sualına cavab olaraq “Tramp marşrutu”nun (“Tramp marşrutu”) “Cənubi Qafqaz Dəmir Yolu” (CQDY) şirkətinə konsessiya əsasında verilməsi ilə bağlı müzakirələri vaxtsız adlandırıb.

Yenicag.az “Sputnik”ə istinadən xəbər verir ki, nazir bildirib ki, Ermənistandakı mövcud dəmiryol infrastrukturlarının hamısı konsessiya ilə həmin şirkətə verilib. Lakin sözügedən marşrut hələ tikilmədiyindən onun verilməsindən danışmaq tezdir.

“Söhbət gedən yol hələ mövcud deyil. Belə olan halda, olmayan bir şeyi necə vermək olar?” – deyə Mirzoyan vurğulayıb.

O əlavə edib ki, Ermənistan bu məsələdə mövqeyini artıq Rusiya tərəfinə çatdırıb və əməkdaşlıq üçün müxtəlif modelləri nəzərdən keçirməyə hazırdır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa