Türkiyə DİN zəlzələ ilə bağlı açıqlama yaydı
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, Balıkesirin Sındırqı rayonunda baş vermiş zəlzələ ilə əlaqədar açıqlama verib.
Yenicag.az xəbər verir ki, APA-nın Türkiyə bürosunun məlumatına görə, nazir hazırda ərazidə araşdırma aparıldığını, dağıntı və tələfat barədə isə yaxın saatlarda ətraflı məlumat veriləcəyini deyib.
“Balıkesirin Sındırgı bölgəsində baş verən və ətraf vilayətlərdə də hiss olunan 6,1 bal gücündə zəlzələ ilə bağlı Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) və aidiyyəti qurumlarımızın bütün komandaları dərhal sahə araşdırmalarına başlayıblar. Hadisənin gedişatını yaxından izləyirik. Zəlzələdən zərər çəkən vətəndaşlarımıza keçmiş olsun deyirik”, – o bildirib.












