Yeni dərman erkək siçanların ömrünü 73 faiz artırdı

media-hightechnic-468x90

ABŞ-də aparılan yeni tədqiqat yaşlanma əleyhinə müalicələrdə cinsiyyət fərqlərinə diqqət çəkib.

Yenicag.az xəbər verir ki, bu barədə tədqiqatın nəticələri “Ageing-US” jurnalında dərc olunub.

Belə ki, “OT+A5i” adlı dərman kombinasiyası zəif və yaşlı erkək siçanlarda ömrü 73%, ümumi orta ömrü isə 14% artırıb.

Tədqiqatçılar yaşla aktivləşən iki bioloji yolu hədəf alaraq oksitosin və “A5i” maddələrini birgə tətbiq ediblər. Müalicə alan siçanlar fiziki dözümlülük, çeviklik və yaddaş baxımından da nəzərəçarpacaq irəliləyiş göstərib.

Müalicə 25 aylıq siçanlarda (insan yaşına görə ~75) tətbiq olunub. Nəticədə bu siçanların ölüm riski müalicə almayanlara nisbətən üç dəfə az olub.

Dişi siçanlarda isə eyni müalicə əhəmiyyətli nəticə verməyib. Alimlər bu fərqin cinsiyyətə bağlı bioloji mexanizmlərlə əlaqəli olduğunu bildirir.

“OT+A5i” qan zülallarındakı yaşlanma göstəricilərini gənc səviyyələrə yaxınlaşdırmaqla da fərqlənib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa