!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Haniyənin ölümü ilə bağlı SENSASİYA: Bombanı binaya iranlı casus qoyub

!Reklam – Yazi

HƏMAS Siyasi Bürosunun sədri İsmail Haniyənin ölümü ilə nəticələnən bombanı binaya MOSSAD-ın iranlı casusları qoyub. Məsud Pezeşkianın yaxın köməkçisi bildirib ki ki, hadisə SEPAH tərəfindən qəsdən yeni prezidentin reputasiyasına xələl gətirmək cəhdi də ola bilər.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “The Telegraph” nəşri məlumat yayıb.

Qəzet yazır ki, SEPAH Haniyənin qaldığı binanı qorusa da, daha sonra gözlənilmədən oranı müdafiə etməli olan şəxslər geri çəkilib.

“Eyni zamanda, SEPAH komandanlığı “Hizbullah” lideri Həsən Nəsrullaha və “Ənsərullah” lideri Əbdül-Malik əl-Husiyə Tehrana səfərə gəlməmələri barədə əvvəlcədən xəbərdarlıq ediblər. Amma Haniyəni şəxsən dəvət ediblər, habelə Haniyəni binaya yola salan və onu orada qalmalı olan otağa yönləndirən SEPAH nümayəndələri olub”, – deyə nəşr yazıb.
Nəşrin analitiklərinin fikrincə, İran ali dini rəhbəri Ayətullah Seyid Əli Xamneyi yeni prezidentin yumşalma siyasətini dəstəkləyəcəyini qeyd edib.

“O bildirib ki, Pezeşkian Qərblə normallaşma siyasətini dəstəkləyir. Məsud Pezeşkiana yaxın dairələr qeyd edir ki, SEPAH bu fikri qəbul etməyib. İran hərbi elitasında olan bəzi dairələr isə İsraillə daha sərt mövqeyi tərəfdarıdır ki, İsrail də eyniliklə İranın bu cür qalmasını və Qərb üçün şeytanlaşmasını istəyir. Təsadüfi deyil ki, Haniyənin ölümündə əsas qazananlar SEPAH və Benyamin Netanyahu hökuməti oldu”, – deyə bildirilib.

KİV-in iddiasına görə, hətta binaya zərbə endirən xüsusi dronları SEPAH izləyib və onlara qarşı heç bir müdaxilə olmayıb:

“Beləliklə, İran daxilində müəyyən bir qrup İsraillə birlikdə hərəkət edərkən, qrup maraqlarını dövlət maraqlarından üstün tutacaq addım atdılar və yeni prezidentin imicinə ciddi zərbə endirdilər. Bununla onlar həm də yeni prezidentin onların oyun qaydalarını qəbul etməsini təmin etdilər”, – deyə məlumatda qeyd olunur.

Bundan başqa, qəzet onu da əlavə edib ki, İranın sabiq XİN rəhbəri Cavad Zərif hadisənin əsas səbəbkarı kimi İsraili yox, SEPAH-ın olduğunu bildirib:

“Zərifə yaxın dairələr və prezident Pezeşkian yeni müharibə istəmədiklərini və iqtisadi məsələlərə diqqət ayırmağa üstünlük verdiklərini bildiriblər. Onlara görə İran daxilində ciddi agentura şəbəkəsi var ki, bunun da əsas səbəbkarı SEPAH-dır”.

Rafi Müslümov

COP29

www.yenicag.az

326
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv