Hansı müğənnimiz özünə təyyarə alıb?
“Hər şey daxil” verilişində müğənnilər toy qiymətlərini açıqlayıblar
Müğənnilərin cavablarını sizə təqdim edirik.
Səidə Sultan: “Ay ərzində dörd toyum olur. Ayda 8000 manat pul qazanıram”.
Sevda Yahyayeva: “Normal qiymətlərə toya gedirəm. Amma qiymətini deməyəcəm. Məni toya istəyən insanın büdcəsinə uyğun qiymətə gedirəm. İmkanı olmayanların da toyunda oxumuşam”.
Elariz Məmmədoğlu: “Toylardan qazandığım pula təyyarə almışam. Toy qiymətimi açıqlamaq istəmirəm”(gecce.az).