!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?

!Reklam – Yazi

Oğuzun Xaçmaz kəndinə son 50 ilin ən güclü dolusu düşüb. Dolunun yumurta ölçüsündə olduğu qeyd olunub.

Bəs aprel ayında belə güclü dolunun yağmağı nədən xəbər verir?

Ekoloq Ənvər Əliyev mövzu ilə bağlı Bizim.media-ya danışıb. O qeyd edib ki, dolu soyuq havadan isti havaya keçid dövründə baş verən, bərk su halında olan yağıntı formasıdır:

“Dolu olduqca mürəkkəb prosesin nəticəsində yaranır. Atmosferdə dəyişikliklər baş verdikcə kristal hissəciklər böyüyür və daha bərk hissəyə çevrilir. Mən oxuduğum qədəri ilə, dünyada ağırlığı bir kiloqrama qədər olan doluya rast gəlinib. Ancaq Azərbaycanda bunu müşahidə etməmişəm.
Bitkilərin yaşıl kütləsi çoxalanda və meyvələr yetişdiyi ərəfədə dolunun yağması ciddi ziyan vurur. Hətta bəzən ağacların yaşıl kütləsini tamamilə sıradan çıxarır.

Göygöldə təxminən qoz boyda doluya rast gəldiyimi xatırlayıram. Həmin anda biz avtobusun qapısını açıb düşə bilməmişdik.

Dağlıq rayonlarda cənubdan gələn isti hava ilə dağın özünün soyuq havasının qarşılaşması nəticəsində bu proses reallaşır. Bu, indiki dövr üçün normal prosesdir. Hava axınlarına qarşı nəsə edə bilmərik”.

COP29

www.yenicag.az

207
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv