Hava limanı yaxınlığında partlayış – Bölgəni darmadağın etmək istədilər

Suriyanın Hama şəhəri yaxınlığında ard-arda partlayışlar baş verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Hama şəhərinin hava limanı yaxınlığında birdən çox partlayış meydana gəlib. Məlumatı Suriya İnsan Hüquqları Müşahidə Evi də təsdiqləyib. Bildirilib ki, hava limanı hərbi məqsədlər üçün istifadə edildiyindən məqsəd həmin bölgəni darmadağın etmək olub. Lakin hədəfi düzgün vura bilməyiblər.

Hələlik hücumun kim tərəfindən edildiyi və partlayışlar nəticəsində insan itkisinin olub-olmaması barədə məlumat verilmir.

COP29