!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Hava şəraiti FHN-nin işini görüb" - Alpinistlərin axtarışında günahkar kimdir? + FOTO

!Reklam – Yazi

Ötən il dekabrın 17-də itkin düşən 3 alpinist – “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun cəsədləri dünən FHN peşəkar xilasediciləri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə tapılıb.

Alpinistlərin itkin düşməsindən 5 ay keçsə də, bir çox insanlarda hələ də ümid var idi ki, bəlkə sağdılar, bəlkə azıb başqa yerə gediblər, hətta onların ölkədən qaçdığı da iddia edilirdi.

Bu ümidləri, iddiaları, arzuları bir kənara qoyaq. Beş ay ərzində itkin düşən alpinistlərin yeri niyə müəyyən edilməyib? Demək, havalar isinməsə, onlar hələ də qarın altında qalacaqmış. FHN-nin işinin təşkilinə keçməzdən əvvəl gələk “Gilavar” Hava və Ekstrim İdman Klubuna. Alpinistlərin tapılmamasında FHN-nin əməkdaşları nə qədər qeyri-peşəkarlıq göstəriblərsə, “Gilavar” Hava və Ekstrim İdman Klubu da o qədər məsuliyyət daşıyır.

Belə ki, “Gilavar” hava-ekstrim idman klubu cavab verməlidir ki, alpinistlərin üzərində siqnalverici cihaz niyə yoxdur? Olubsa da niyə işləməyib? Gedəcəkləri marşrut haqqında da klub ötən 5 ay ərzində heç bir məlumat yaymadı. Siqnalverici cihazsız, dəqiq marşrutsuz dağa səfər etmək harada yazılıb, hansı qaydaya uyğundur?

Axtarşlar üçün hətta Avstriya Daxili İşlər Nazirliyinin dağ-xilasetmə polisi Adolf Herrer də cəlb edildi. Ola bilməzdimi, bir dağ-xilasetmə polisi yerinə uzağa getməyək, Türkiyədən axtarış qrupu çağırılardı? Çağırmaq təbii ki, mümkün idi. Ancaq qardaş ölkədən gələn xilasedicilər əgər uğurlu nəticə əldə etsəydi, FHN-nin bir işə yaramadığı ortaya çıxacaqdı”.

Axtarışların 5 ay sonra – havalar isinəndən sonra nəticə verməsini ehtiyatda olan zabit Tərlan Eyvazov Yenicag.az-a şərh edib:

“Fövqəladə Hallar nazirliyi ekstrimal şəraitlərdə çox qeyi-peşəkar işləyir. Onlar daha yaxşı, binaların tikilməsində və digər məsələlərdə peşakarlıq göstərirlər, burada da qazanc var.

Ekstrimal vəziyyətlərdə müşahidə edirik ki, FHN  sinifdə qalır. Dövlət tərəfindən FHN-ə külli miqdarda pul ayrılır, olar hər cür yeni avadanlıqla təmin edilib, ancaq onların peşəkar işinin şahidi ola bilmirik. Mənə belə gəlir ki, onların işi düzgün təşkil edilmir.

Rusiyada da belə hallar olub. Məşhur rejisor Sergey Badrov Qafqaz dağlarında həyatını itirdi. Ruslar onun harada olduğunu təxmini bilirdilər, ancaq qarlıq və buzluq çox idi deyə çıxarmaq mümkün olmadı. Bizdə isə hava şəraiti ora baxanda yumşaqdı. Gedənlərin marşurutunun dəqiq bilinməsi imkan verirdi ki, onları indiyənə qədər çoxdan tapaq. Onların yerinin havalar istilənəndən sonra tapılması həm bu işi təşkil edənlərin, özünün uyğun məqam seçə bilməməsidir”.

Tərlan Eyvazov bu müddət ərzində alpinistlərin yerlərinin tapılmamasının özünün qeyri-peşəkarlıq olduğunu qeyd edib:

“İtkin düşən alpinistlərin yerlərini təsbit edib, mətbuat vasitəsi ilə məlumat yaymaq olardı. Ancaq bunun edilməməsi onu göstərir ki, bunu belə bacarmayıblar. Hava şəraiti FHN-nin işini görüb.

Düşünürəm ki, FHN-də çox ciddi islahatlar aparılmalıdır. Bu qurumda əlabaxımlılıq, tanışbazlıq, qohumzalıq məsələləri kənara qoyulub FHN-i işlək bir hala gətirmək lazımdır”.

Ehtiyatda olan zabit bununla yanaşı cəbhə bölgəsində bomba sığınacaqlarının tikilməsi ilə bağlı da danışıb:

“Düşmən tərəfi bunu yaxşı bildiyinə görə, gərginlik artan kimi mülki əhalini hədəf alırlar. Bunun dəfələrlə şahidi olmuşuq. Ümumiyyətlə, bu qurumdan soruşulmalıdır ki, sizlərə ayrılan vəsaiti reklamdan başqa hansı iş üçün sərf etmisiniz? FHN-nin işi bəsit səviyyədədir”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

2838
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv