Havada toz dumanı müşahidə edilir

media-hightechnic-468x90

Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, bu gün Bakıda və Abşeron yarımadasında zəif tozlu hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova Yenicag.az-a bildirib ki, dispers toz hissəcikləri Səbail rayonunda 1,1 dəfə normadan yüksək qeydə alınıb.

“Sinoptik vəziyyətə və eyni zamanda toz proqnoz modellərinə əsasən, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir və gün ərzində davam edəcəyi gözlənilir”, – o əlavə edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa