Havanın temperaturu 20 dərəcəyədək yüksələcək

media-hightechnic-468x90

chiskin_hava6Fevralın 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

media-banner_tkm

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi arabir güclənəcək.

Yarımadada gecə 4-6, gündüz 11-16 dərəcə isti olacaq. Bəzi yerlərdə 19 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır. Bakıda gecə 4-6, gündüz 14-16 dərəcə isti olacaq.

Sabah rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti olacaq, bəzi yerlərdə 20 dərəcəyədək isti gözlənilir.

Dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 5-8 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.(APA)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05