!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Havasız avtobuslar, ürəyi gedən VƏTƏNDAŞLAR: Çıxış yolu nədir? - QURUMDAN RƏSMİ AÇIQLAMA

!Reklam – Yazi

Son günlər əhalinin çoxu sərnişin daşıma marşrut avtobuslarının şəraiti ilə bağlı şikayət edir. Aydın məsələdir ki, yollarda tıxac problemi aktual məsələdir. Amma həm tıxac, həm də avtobusların şəraitsizliyi vətəndaşları lap təngə gətirir. Belə ki, bəzi marşrutlarda havalandırma sistemi olsa da, bəzilərində yoxdur. Bu da tıxac səbəbilə mənzil başına çatdırılma vaxtı uzandığından ciddi problem yaradır. Çünki havalandırma yoxdur, hava istidir, ona görə bəzi vətəndaşların halı pisləşir, özündən gedir.

Bəs çıxış yolu nədir? İctimai nəqliyyatların şəraitini necə yaxşılaşdırmaq olar?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, bu problemə nəzarət edilir:

“İctimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə avtobus parkının yenilənməsi diqqət mərkəzindədir. Qeyd edək ki, avtobuslar sahibkarlara məxsusdur. Sərnişin daşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə şəhərlərarası və şəhərdaxili marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır. Qeyd etdiyiniz marşrut avtobuslarının daşıyıcılarına səlahiyyətlərində olan nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətə gətirilməsi və sərnişinlərə keyfiyyətli xidmətin təqdim edilməsi tapşırığı verilib”.

Digər bir tərəfdən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, bu gün avtobusların bir qismi müasir standartlara uyğun deyil:

“Tıxac olsa da, olmasa da, vəziyyət eynidir. Qışda soyuq, yayda da çox isti olur. Digər cəhətlərdə də ürəkaçan durum yoxdur. Orada daha pisdir. Ümumiyyətlə, havalandırma və ya isitmə sistemi yoxdur. Çıxış yolu odur ki, istismarda olan marşrutlar müasir tələblərə cavab versin. Həmin tələblərə uyğun avtobuslar ölkəmizə gətirilməli və istifadəyə verilməlidir. Amma təəssüf ki, yaxın illərdə mən bunun gerçəkləşəciyini gözləmirəm”.

Şahanə Paşa

www.yenicag.az

296
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv