Hazal Kaya sevgilisi ilə-Foto

media-hightechnic-468x90

hazal-kaya1Türkiyəli aktrisa Hazal Kaya bir ildir bərabər olduğu, özündən 14 yaş böyük sevgilisi Əli Atayla ilk dəfə görüntülənib.

Ötən gün məkanlardan birinə yollanarkən obyektivlərə tuş gələn cütlük taksidən düşərək sürətlə kluba daxil olub. İçəridə əyləncəli vaxt keçirən Hazal və Əli siqaret çəkmək üçün çölə çıxarkən qarşılaşdıqları mənzərədən təəccübləniblər.

Bütün kameraların onları hədəfə aldığını görən cütlük dostlarının arxasında gizlənməyə çalışıb. Ə.Atay H.Kayaya müraciətlə “Sevgilim, çəkdilər” deyərkən, yanlarında olan Sərkan Kəskin “Heç nə edə bilməzsiniz, artıq, Əli”, söyləyib.

Əhvalı pozulan Hazal sevgilisini həmin məkanda təkbaşına qoyaraq taksi ilə evinə qayıdıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600