Həbsdə olan jurnalist əfv olundu

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, “Azadlıq” qəzetinin həbsdə olan bölgə müxbiri Elçin İsmayıllı da əfv olunub.

Beləliklə, 1978-ci il təvəllüdlü E.İsmayıllı cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Qeyd edək ki, İsmayıllı Elçin Səməd oğlu Şəki Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 18 sentyabr tarixli hökmü ilə 9 il müddətinə məhkum edilib. O, Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə təqsirli sayılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600