Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Həbsdə olan jurnalist Prezidentdən əfv istədi

azer_israfilov_11Hazırda Ədliyyə Nazirliyi Penitensar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən jurnalist Azər İsrafilov yenidən əfv ərizəsi yazıb.

Jurnalistin ailəsindən Modern.az-a verilən məlumata görə, Prezident İlham Əliyevə müraciət edən jurnalist ərizəsində bildirib ki, 2014-cü ilin may ayında Ağır Cinayətlər Məhkəməsi tərəfindən 178.3.2 maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Buna səbəb 2013-cü ildə vətəndaş Sevinc Səfərovadan aldığı 20 min manatın pulun əvəzinə 11 min 500 manat qaytarması olub. Pul tam qaytarılmadığı üçün S.Səfərovanın şikayəti əsasında ona 7 illik həbs cəzası verilib. Bir müddətdən sonra zərərçəkənin qalan pulu ödənilib və barışıq ərizəsi yazılıb. Bu səbəbdən də jurnalist Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə zərərçəkənə dəymiş ziyanın tam ödənildiyini, tərəflərin barışıq əldə etdiyini, Azər İsrafilovun himayəsində 2 azyaşlı uşağın olduğunu, ilk məhkumluğu nəzərə alaraq, ona Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edib və cəzası 7 ildən 3 ilə endirib.

Cəzasının bitməsinə 1 il 3 ay vaxt qalan jurnalist dövlət başçısı tərəfindən əfv olunmaq istəyir:

“Mən Bakı Dövlət Universitetinin Jurnalistika və Hüquq fakültələrini bitirmişəm. 2007-ci ildən bir neçə televiziya kanalında işləmişəm. Jurnalist fəaliyyətim dövründə dövlətə və dövlətçiliyə sadiq olmuşam. İstəyirəm ki, azadlığa çıxaraq bir jurnalist kimi yenidən dövlətimə xidmət edim. Cənab Prezident, Sizdən xahiş edirəm ki, məni bu Novruz bayramında ailəmə qovuşdurun”

Loading...

www.yenicag.az

410
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100