Həbsdən çıxan günahsızın İNTİQAMI: Kənan M.M-dən “OĞURLUQ”
İki serial arasında oxşarlıq müəllifləri üz-üzə qoyub.
Yenicag.az xəbər verir ki, İctimai Televiziyanın yenicə ərsəyə gətirdiyi və rejissor Kənan Nadirlinin quruluş verdiyi ”Atalar və qızları” serialı ilə Kənan M.M və Aqil M.Quliyevin birgə məhsulu olan “Günahsız Günahkar” serialı arasında oxşarlıq ortaya çıxıb.
Bu bənzərlik ”Atalar və qızları”nın yayımlanan anonsunda da özünü açıq şəkildə göstərir: Eyni mövzu, eyni ideya və eyni ssenari…
Məsələyə reaksiya özünü çox gözlətməyib. Kənan M.M bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, həmkarı Aqil M.Quliyevi də “tag” edərək yazıb:
“İctimai Televiziya yeni bir serial çəkib: ”Atalar və qızları”. Serialda ata həbsdən çıxır və övladlarına sübut etmək istəyir ki, o, günahsız yerə tutulub. İTV ilə əlaqəsi olan desin ki, mən bu mövzunu artıq ARB TV üçün 80 bölümlük serial kimi çəkmişəm: “Günahsız Günahkar”.”
Qeyd edək ki, Kənan M.M və Aqil M.Quliyevin birlikdə ərsəyə gətirdikləri “Günahsız Günahkar” serialının ssenari müəllifi Elçin Muradovdur. Serial bir ailə faciəsindən bəhs edir. Ekran işində günahsız insanın 18 il həbs həyatı yaşaması və həbsdən sonra günahsız yerə yatdığı illərin intiqamını alması əks olunub.
Baş rollarda: Kənan M.M, Aqil M.Quliyev, Arzum Kərimov, Əzizə Haşımova, Nərminə Məhərrəmova, Hilal Dəmir və başqaları yer alır.
Digər serial da eyni mövzunu əhatə edir. Hər halda anonslar bunu deməyə əsas verir.
Cəvahir












