“Heç kim qarşımda bu kəlməni işlədə bilməz” – Kərim KİMƏ SƏSLƏNDİ?
Müğənni Kərim Abbasov küsülü olduğu həmkarı Niyam Səlami ilə münasibətlərinə aydınlıq gətirib.
Yenicag.az xəbər verir ki, sənətçi “Afaqla 10lar” verilişində bu barədə danışıb.
“Münasibətlərimiz belədir: “salam-əleykum salam”. Başqa heç nə ola bilməz”.
O, aparıcı Afaq Gəncəlinin “bu küsülülüyün səbəbi nə idi” sualına belə cavab verib:
“Mən dostluqda o qədər fədakar insanam. Özümdən qabaq dostumu fikirləşirəm ki, ona heç nə olmasın. O da fikirləşir ki, gör, mən kiməm ki, bu insan mənə bu qədər diqqətlə yanaşır. Deyir, mən öndəyəm, mən birinciyəm, mən eləyəm, mən beləyəm, məndən yoxdur, bu məndən sonradır, yalnız mən məsləhət verərəm…. Mən də Kəriməm, 23 ildir səhnədəyəm, o ağır yollardan keçib gəlib Kərim olmuşam. Heç kim mənim qarşımda “mənəm”, “birinciyəm” kəlməsini işlədə bilməz. Həmən o insanla sağollaşa və yoxluğumla onu təəccübləndirə bilərəm. Yəni mən olanda həyatın necə maraqlı idisə, mən olmayanda da həyatın elə maraqsızdır”.
Nehru