!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Heç kimə yalvarmayacağam ki...” - Tanınmış prodüser efirə NİYƏ ÇIXMIR?

!Reklam – Yazi

“Özüm kiməsə zəng vurub, yalvarmayacağam ki, məni də efirə çağırın”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış prodüser Namiq Qafarov deyib.

Gənc musiqiçilərin yetişməsində böyük rolu olan prodüser “niyə çoxdanır efirlərdə görünmürsüz, özünüz istəmirsiz, ya dəvət etmirlər?” sualını cavablandırıb:

“Mən heç kimdən inciməmişəm. Sadəcə olaraq, heç vaxt heç kimə zəng vurub, deməmişəm ki, məni də verilişlərinizə çağırın. Bəlkə nömrəmi bilmirlər, deyə bilmərəm. Hər halda, istəsələr, taparlar. Mən kiməsə özüm zəng vurub, yalvarmayacağam ki…

Son zamanlar insanların çoxu deyir ki, televizora baxmırıq, çünki sosial şəbəkələr daha maraqlıdır. Yəqin maraqlı heç nə yoxdur, maraqlı verilişlər, diskussiyalar etmirlər, ona görə insanların televiziyaya marağı azalıb.

Baxıb görürəm ki, son zamanlar yalnız cavanları, dəbdə olan “oxuyanları” çağırırlar. Ağbirçəkləri, ağsaqqalları çağırmırlar. Yəqin mən də qocalmışam, ona görə məni efirə çağırmırlar. Danışmağa sözüm də var. Amma təəssüflər olsun ki, hələ çağıran yoxdur.

Qaldı ki, prodüser kimi fəaliyyətimə, yenə öz işimdə-gücümdəyəm. Estrada janrında yeni bir musiqi qrupu da yaratmaq fikrindəyəm”.

Cəvahir

www.yenicag.az

288
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv