!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həcc ziyarətinin FƏZİLƏTLƏRİ: “Bu, dünya müsəlmanları üçün dini, siyasi, sosial, iqtisadi görüşdür”

!Reklam – Yazi

“Həcc ziyarəti bütün dünya müsəlmanlarının qəlblərini və bir-birinə olan sevgilərini birləşdirən ən gözəl vasitədir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Həcc ziyarətinin əhəmiyyəti və üstünlükləri və fəzilətləri haqda danışan Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, Hacı Cavad məscidinin imamı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev deyib.

 

Onun sözlərinə görə, Həcc kəlməsi ilkin olaraq niyyət mənasındadır və bu səbəbdən insanı gedəcəyi yerə çatdırdığı üçün yol, səbəb və dəlil mənasında işlədilir:

“Müsəlmanlar hicri-qəməri ayının sonuncusu olan zilhiccə ayında həcc ziyarətinə yola düşdükləri və Uca Allahın evini ziyarət etmək niyyətində olduqları üçün hacı adlanırlar. Həcc təqva və imanın bariz nümunələrindəndir. Onun həyata keçirilməsinə çalışmaq savab bir işdir. Həzrət Peyğəmbər (s) mübarək hədislərinin birində belə buyurmuşdur: “İslam beş şey üzərində qurulmuşdur: Bir olan Allahdan başqa məbud olmadığına və Məhəmməd (s) peyğəmbərin onun haqq peyğəmbəri olduğuna şəhadət və iqrar etmək, namaz qılmaq, zəkat vermək, Ramazan ayında oruc tutmaq, Beytülhəramı-Kəbəni həcc etmək.”

İlahiyyatçı qeyd edib ki, Həcc dinin sütunu və ibadət növü sayılsa da, burada bir çox hikmət və faydaları görmək olar. Bunlar arasında aşağıdakıları qeyd etmək olar:

 

“Həcc mərasimi bütün dünya müsəlmanları üçün dini, siyasi, sosial, iqtisadi görüşdür. Həcc müsəlmanların birliyi və bərabərliyi üçün ən gözəl yoldur. Həcc ziyarəti bütün dünya müsəlmanlarının qəlblərini və bir-birinə olan sevgilərini birləşdirən ən gözəl vasitədir. Yerli-əcnəbi, kasıb-varlı hamısı eyni vaxtda, eyni tərzdə bir yerə toplaşır və bütün etnik və irqi fərqlər aradan qaldırılır. Həcc mərasimi həm də Qiyaməti xatırladan bir səhnədir. Bütün ziyarətçilər eyni geyimdə, özlərini dünyadan təcrid etmiş kimi, üstlərində dünya malından bir şey olmayan şəkildə sanki məhşər səhnəsinə toplaşırlar”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

250
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv