“Həci” “şot”una reytinq YIĞANLAR, “Ərim-ərim” DEYƏNLƏR – Cəvahir Nehru yazır

media-hightechnic-468x90

Son vaxtlar “xoruz buraxmaq”da aparıcılar da müğənniləri geridə qoyub.

Əvvəllər “üç badam, bir qoz” oxuyub özün ulduz sayan müğənniciklər tez-tez deyirdilər ki, “telekanallara reytinq verən bizik, biz olmasaq, televiziyalar batar”. İndi də aparıcılar düşüb ortalığa. Hər verilişdə ad çəkmədən sənətkarlara söz atırlar ki, bu gün onlar reytinq vermir.

Bəli sizə görə reytinqli “saxlayan”ından, “ərimdir” deyib özünə pərçimlədiyi məşuqəsindən danışanlar, “xoruz buraxa-buraxa” oxuyub sevgilisinin hesabına bahalı avtomobillərdə gəzib, özünə bağ, villa alan, pulunu verib trenddə birinci olanlardır. Hansı ki, onları sənətkar kimi tərifləyib tamaşaçılara sırıyırsınız. Hər verilişdə də sənətkarları aşağılamaq, incitmək, kiçiltməklə layiq olmayanlara tərifin birini beş qəpikdən edirsiniz.

Elə deyil, çünki elin gözü tərəzidir. Siz bayağı mahnılarla efirlərdə meydan sulayan o müğənnicikləri təriflədikcə, inanın, elə özünüz də batırsınız. Müğənni Lalə Məməmdovanın dediyi kimi; “bazar söhbətləri, bazar mahnıları ilə reytinq qazanan o ulduzcuqları sənətkarlarla müqayisə etməyin. Çünki onlar təkcə özlərinə deyil, ölkə kənarında təmsil etdikləri musiqi ilə Azərbaycanın başını uca ediblər. Ölkəmizin musiqisini dünyada tanıdıblar. Amma üç badam bir qoz oxuyanları Biləcəridən o yana tanıyan da yoxdur”.

Reytinq dünya səhnələrini fəth etmək, musiqimizi, mədəniyyətimizi tanıtmaq, bayrağımızı dünyada yüksəklərə qaldırmaqdır. “Həci” “şot”una efirlərə çıxıb at oynatmaq, “çıkka-çuka” mahnılarla gündəmə gəlmək deyil. Bunu qafanıza birdəfəlik taxın.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600