!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Hədəfdən kənarlaşmaya bir neçə amil təsir edib" - Palata sədri

!Reklam – Yazi

“İlk dörd ay üzrə Azərbaycanda iqtisadi meyllərin təhlilinə əsaslanaraq Hesalama Palatası ilin sonunda neft sektoru üzrə ÜDM-in nominal məbləğinin dürüstləşmiş göstəricidən daha çox olacağı qənaətinə gəlib”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məcisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, təqdim edilmiş məlumatların təhlili 2024-cü ilin dövlət büdcəsinin yenilənən layihəsində 2024-cü il üzrə icmal büdcəsinin qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 24,5 % proqnozlaşdırıldığını göstərir ki, bu da müvafiq göstəricidən, yəni, büdcə qaydası çərçivəsindən az da olsa, kənarlaşma olduğunu deməyə əsas verir:

“Hədəfdən kənarlaşmaya bir neçə amil təsir edib. Bunlardan birincisi odur ki, yenidən baxılan layihə üzrə icmal büdəcinin baza xərclərin artımı icmal büdcənin qeyri-neft gəlirlərinin artımını üstələyib. Maraqlı məqam odur ki, büdcənin faiz xərclərinin büdcədən azaldılması da büdcə qaydasına mənfi təsir göstərib. İkincisi odur ki, qeyri-neft-qaz sektoru üzrə ÜDM-də artım istiqamətində dəqiqləşmə çox cüzi olub”./unikal

COP29

www.yenicag.az

196
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv