Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Həftədə 49 saatdan çox işləyənlərin NƏZƏRİNƏ - Bu xəstəliklərə səbəb olur

ABŞ-da aparılan bir araşdırmaya görə, uzunmüddət çalışanlarda yüksək təzyiqin yaranma ehtimalı var.

Kanada bu yöndə 3500-dən çox işçi üzərində tədqiqat aparılıb. Nəticədə, digər insanlarla müqayisədə həftədə 49 saat və daha çox çalışanlarda yüksək təzyiq riski 70 %-ə yüksəlib.

Yenicag.az xəbər verir ki, araşdırma zamanı yaş, cinsiyyət, təhsil səviyyəsi, peşə, siqaretdən istifadə, bədənin immunitet səviyyəsi və digər sağlamlıq faktorları əsas götürülüb.
Tədqiqat qrupunun rəhbəri, Laval Universitetinin əməkdaşı Xavier Trudel bildirib ki, insanlar uzun müddət çalışmağın sağlamlıqlarına təsir edə biləcəyinə diqqət yetirməli, əgər uzun müddət çalışırlarsa, daim həkim yoxlanışından keçmək kimi önəmli məsələni diqqətdə saxlamalıdırlar.

Qeyd edək ki, dünyada 1 milyondan çox yüksək təzyiq xəstəsi var. Bu da insanlarda ürək-damar xəstəlikləri, iflic, hətta bəzən ölüm təhlükəsini də artırır./Publika.az/

www.yenicag.az

285
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM