Həkim 13 yaşlı qızı “iPhone” işığı ilə əməliyyat etdi – Məşhur xəstəxanada biabırçılıq – Yenicag.Az

Reklam

Həkim 13 yaşlı qızı "iPhone" işığı ilə əməliyyat etdi - Məşhur xəstəxanada biabırçılıq

Reklam

İngiltərənin Nyukastl şəhərindəki məşhur hospitallardan biri ilə bağlı biabırçı iddia səsləndirilib.

“Royal Victoria Infirmary” xəstəxanasında həkimlər 13 yaşlı qızı “iPhone”un işığı ilə əməliyyat ediblər.

Anası 13 yaşlı Georgia Hendersonu dodağında şiş əmələ gəldiyinə görə adıçəkilən xəstəxanaya aparıb. Onlar təxminən 4, 5 saat gözləsələr də, maraqlanan həkim olmayıb. Tibb bacıları bu müddət ərzində qızın dodağından axan qanı kəsmək üçün bintdən istifadə ediblər. Həkim gələndə isə onlar uşağı balaca otağa aparıb və qıza bildiriblər ki, irini çıxartmaq üçün əməliyyata ehtiyac var. O, həmkarından “iPhone”un işığını onun əlinə tutmağı xahiş edib. Bunu görən ana və bala qorxuya düşüblər. Qız əməliyyatdan sonra evə buraxılıb. Evə gələndə görüblər ki, irin tam çıxarılmayıb.

O, xəstəxanadan jurnalistlərə şikayət edib.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 117
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."