Həkimi evə gətirmək üçün bu yola əl atdılar-Foto
Türkiyədə qəribə hadisə baş verib. Yenicag.az xəbər verir ki, bir qrup şəxs xəstəxanaya basqın edərək həkimi qaçırıblar.
Beləki, Mesut Şendur adlı şəxs qohumunun toyunda oynayarkən əli pəncərənin şüşəsinə dəyərək zədələnib. Narkotik maddəsinin satışı və oğurluq hadisələri ilə məşğul olan bu şəxs polis tərəfindən axtarışda idi. Bu səbəbdən xəstəxanaya gedə bilməyən Mesutun yaxınları qəribə bir üsula əl atıblar. Onlar əllərində bıçaq xəstəxanaya daxil olub, işçilərə hədə qorxu gələrək həkimi qaçırıblar. Həkim Mesut Şendurun evinə gələrək ona tibbi yardım göstərib, sonra yenidən xəstəxanaya aparılıb.
Bu hadisə xəstəxananın kameralarına yansıyıb. Araşdırma zamanı faktla bağlı üç nəfər saxlanılıb.
Yaralı Mesut isə qaldığı evdən qaçıb.