Helikopter minalı əraziyə düşdü
Kolumbiyada hərbi helikopter minalanmış əraziyə düşüb.
Yenicag.az xəbər verir ki, nəticədə 4 əsgər ölüb, 6-sı isə yaralanıb. Bildirilir ki, həmin əraziyə (Kolumbiya İnqilabi Silahlı Dəstələri)FARC adlanan üsyançı qüvvələr tərəfindən mina yerləşdirilib.
Qeyd edək ki, sözgedən üsyançı dəstələri 1964-cü ildən bəri Kolumbiyanın mərkəzi hökumətinə qarşı mübarizə aparır. Savaşın başladığı gündən bəri 220 mindən çox insan bu mübarizənin qurbanı olub. 5 milyona yaxın insan isə yurd-yuvalarından didərgin düşüb.
FARC ilə Kolumbiya hökuməti arasında sülh danışıqları 2012-ci ildən Havannada start götürüb. Lakin hələ ki, yekun nəticə əldə olunmayıb.