!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Helikopter qəzası ilə bağlı geniş yayılmış versiya: Proseslərin arxasında hansı güclər dayanır?

!Reklam – Yazi

“Şübhəsiz ki, bu gün helikopter qəzası ilə bağlı müxtəlif dairələr tərəfindən öz maraqlarına uyğun mülahizələr, versiyalar irəli sürülür”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Siyasi təhlilçi İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra İran ictimai rəyində bütün oxların ABŞ və İsrailə yönəlməsi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Onun sözlərinə görə, burada adı ən çox hallanan ABŞ və İsrailin xüsusi xidmət orqanları ilə bağlı olan iddialardır.

“Qəzanın baş verməsi ilə bağlı istintaq daha dəqiq qərarı verəcək, lakin geniş yayılmış versiya bundan ibarətdir ki, bu, bir qəzadır və qəza enişi baş verib. Ona görə də burada hansısa kənar izlərin axtarılması, digər güclərin bu proseslərin arxasında durması haqqında fikirlər bildirmək çox tezdir”, – deyə o əlavə edib.

İ. Hüseynovun fikrincə, İranın daxilində də baş verən hadisələrdə kənar qüvvələrin olduğunu müəyyənləşdirmək sanki adi hal alıb ki, bu da İranda ayrı-ayrı güclərin və iyerarxiyaların olmasının göstəricisidir:

“Biz bundan öncəki dönəmlərdə də görmüşük ki, dini hakimiyyətlə hərbi-siyasi hakimiyyət arasında müəyyən fikir ayrılıqları hər zaman olmuşdu. Ona görə də burada bütün prosesləri yalnız izləmək lazımdır. Prezidentin mühafizəsi və qəzanın baş verməməsi üçün bütün tədbirlər görülməli idi. Təəssüflər olsun ki, belə bir qəza baş verdi, İran xalqı da matəm içindədir, ayrı-ayrı dövlətlərdə də bir neçə günlük matəm elan edilib. Ümid edirəm ki, İranda yeni prezident seçkilərinin keçirilməsi ərəfəsində dövlət aparatında heç bir ləngimələr olmayacaq”.

Qeyd edək ki, nüfuzlu “Politico” nəşrinin yazdığına görə, ABŞ administrasiyası ehtiyat edir ki, İran tərəfi prezident İbrahim Rəisi və onu müşayiət edənlərin ölümü ilə nəticələnən helikopter qəzasında ABŞ və ya İsraili günahlandırsın.

Rafi Müslümov

www.yenicag.az

295
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv