!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həll edilməyən psixoloji problemlər: "Yüksək sürətlə baş verən dəyişikləri insan psixikası dərk etməkdə çətinlik çəkir"

!Reklam – Yazi

“Cəmiyyətin inkişafını şəxsiyyət kimi normal formalaşmış insanların fəaliyyəti təmin edir və şəxsiyyət cizgilərinin fundamental əsaslarının təməli məhz uşaqlıq yaşlarından qoyulur”.

Bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə 2022-ci il 20 oktyabr – 20 noyabr tarixlərinin “Uşaq Hüquqları Aylığı” elan edilməsi və ölkədə uşaq hüquqlarının qorunması istiqamətində atılan addımlarla bağlı danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, psixologiya üzrə fəlsəfə doktoru Lamiyə Qurbanova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, analıq məhəbbətinin formalaşmasında, təbliğində sosial mühitin rolu böyükdür. Analıq və atalıq məhəbbətinin vəhdəti valideyn-övlad münasibətlərini sağlamlaşdırır və ümumilikdə ailənin psixoloji iqliminə müsbət təsir göstərir:

“Təəssüf ki, hazırda valideyn məhəbbətindən məhrum uşaqlarımız var, eləcə də adda valideyn olub, ancaq valideynlik borcunu lazımınca yerinə yetirməyənlər var. Məhz bu konteksdə dövlətimiz lazımi tədbirlər həyata keçirir. Bu istiqamətdə atılan bütün addımları dəstəkləyirəm. Unutmamalıyıq ki, cəmiyyətin inkişafını şəxsiyyət kimi normal formalaşmış insanların fəaliyyəti təmin edir və şəxsiyyət cizgilərinin fundamental əsaslarının təməli məhz uşaqlıq yaşlarından qoyulur. Cəmiyyətdə yüksək sürətlə baş verən dəyişikləri insan psixikası dərk etməkdə çətinlik çəkir. Müşahidələrə görə, şikayət edənlərin sayı da günü-gündən çoxalır. Psixoloji problemlərin həlli olduqca vacibdir, çünki həll edilməyən psixoloji problemlər insanın yaşayışına, ünsiyyətinə və ən əsası sağlamlığa zərbə vurur.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə 2022-ci il 20 oktyabr – 20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilməsini uşaq problemlərinə cəmiyyətin diqqətinin cəlb edilməsi nöqteyi nəzərindən alqışlayıram. Uşaq problemlərinə diqqətin yönəldilməsi istiqamətində həyata keçirilən psixomaarifləndirici üsullardan istifadəni, o cümlədən KİV vasitəsilə maarifləndirici verilişlərin yayımını, tövsiyə materiallarının nəşrini və digər müxtəlif tədbirlərin təşkilini lazımlı bilirəm”.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin qəbul etdiyi Uşaq Hüquqları haqqında Konvensuyanın Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilməsinin 30 ili tamam olur. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə 2022-ci il 20 oktyabr – 20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilib.

Gülşən Şərif

www.yenicag.az

718
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv