!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həllini gözləyən qiymətli kağızlar: "Hər özəlləşdirmə çeki 50-60 min dəyərindədir" - ŞƏRH

!Reklam – Yazi

“Özəlləşdirmə çekləri fərmanla deyil, qanunla tənzimlənir”.

Yenicag.az xəbər verir ki, bu sözləri özəlləşdirmə çekləri ilə bağlı vəziyyəti və əlində çeki qalan vətəndaşların Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə bu problemin həll olunacağına artan ümidinə toxunan Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dosenti, Vəkillər Kollegiyasının üzvü, vəkil Mübariz Yolçiyev deyib.

Onun sözlərinə görə, özəlləşdirmə çekləri tədavüldən çıxarılsa da, vətəndaşlar bu qiymətli kağızın dəyərini yaxşı bilirlər. Ona görə də öz haqlarını tələb edirlər:

“Əslində builki “Heydər Əliyev” ilində sözügedən məsələnin öz həllini tapacağına inanıram. Çünki mülkiyyət hüququ müqəddəs hüquqlardan biridir. Əgər 1996-cı ildə ölkə vətəndaşına müddətsiz olaraq mülkiyyət hüququ sayılan çek verilibsə, bu çekin tədavüldən çıxarılması mülkiyyət hüququnu ortadan qaldıra bilməz. Konstitusiyanın 13 və 29-cu maddələrində bildirilir ki, mükiyyət hüququ qorunmalıdır. Ona görə də özəlləşdirmə çekləri ya tədavülə buraxılmalı, ya da hansısa formada kompensasiyası həyata keçirilməlidir. Yəni vətəndaşların tapdanan hüquqları təmin olunmalıdır. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyində bu məsələ öz həllini tapa bilər.

Bu gün müxtəlif variantlarla özəlləşdirmə çeklərinin real və nominal dəyərini müəyyən edə bilərik. Real dəyər olaraq dövlətin ümumi özəlləşdirilə biləcək əmlaklarının dəyəri 200 milyard manatdırsa, I və II Dövlət Proqramlarına görə əmlakların 65 faizi özəlləşdirmə çekləri vasitəsilə vətəndaşlara verilməlidir. 200 milyardın 65 faizini götürsək, hardasa 125-130 milyard manat vəsait olur. Bu gün təxminən 6 milyon özəlləşdirmə çekləri əllərdədir. Bu baxımdan 125 milyardı 6 milyona bölsək, hər özəlləşdirmə çekinə düşə biləcək dəyər 50-60 min manatdır. Digər tərəfdən, 1997-ci ildə Əmlak Komitəsinin 222 nömrəli əmri ilə bir özəlləşdirmə payının qiyməti 2000 ABŞ dollarında hesablanıb. Bu əmr vasitəsilə çeklərin nominal dəyərini hesablaya bilərik. Bu gün özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması fərmanla baş tutub, halbuki bu məsələ qanunla tənzimlənir. Ona görə də özəlləşdirmə çeklərin tədavülünün dayandırılması doğru yanaşma deyil”.

www.yenicag.az

3759
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv