Qəzza zolağında HƏMAS-ın amerikalı qurbanlarının yaxınları İrana qarşı milyard dollarlıq iddia qaldırıb.
Yenicag.az bu barədə Bloomberg-ə istinadən xəbər verir.
2023-cü il oktyabrın 7-də Fələstin HƏMAS-ın İsrailə hücumu nəticəsində yaralanan 60-dan çox ABŞ vətəndaşı, həmçinin öldürülən və ya girov götürülən amerikalıların ailələri Vaşinqtondakı federal məhkəmədə İrana qarşı qrup iddiası qaldırıb.
Onlar İrandan hücumu təşkil etdiyinə görə 1 milyard dollar təzminat tələb ediblər.
İddia ərizəsində bildirilir ki, müraciət müəllifləri uzun müddət çəkə bilən məhkəmə prosesinin qarşıdan gələn çətinliklərini başa düşürlər, lakin ədalətin bərpası üçün lazım olan hər şeyi etməyə hazırdırlar.
Nəşr yazır ki, 2001-ci il 11 sentyabr terror aktları ilə bağlı İrana qarşı işdə olduğu kimi, məhkəmə prosesləri 10 ildən çox çəkə bilər.
Agentlik qeyd edir ki, Tehran iddiaya heç vaxt cavab vermədiyi üçün bu iş əsasən simvolik hesab edilib.
Xuraman Etibarlı
www.yenicag.az