“Həmas Fələstin xalqını qalxan kimi istifadə edir”

media-hightechnic-468x90

imagesİsrailin baş naziri Benyamin Netanyahu İsrailin ötən il Qəzza bölgəsinə etdiyi hücumla bağlı BMT-nin qəbul etdiyi qətnaməni müzakirə edib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, İsrail BMT-nin qərarına cavab olaraq Həmas terror təşkilatını pisləyən qətnamə qəbul edib.

Netanyahu “BMT-nin qəbul etdiyi bu qərar tamamilə əsassız və yalandır”-deyə təşkil etdiyi toplantıda bildirib.

Baş nazir bildirir ki, Həmas Fələstin xalqını qalxan kimi istifadə edir və əsas hədəfi İsrail vətəndaşlarıdır.

Qeyd edək ki, BMT-nin İnsan Haqqları İnstitutunun hazırladığı Qəzza müharibəsi ilə bağlı qətnamənin yaxın zamanda açıqlanacaq.

İsrail hökuməti isə bu qətnaməni qətiyyətlə təkzib edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa