Reklam

Reklam

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik 11 -27 martda regiona səfərlərinin yekununa dair bəyanat yayıblar.

Bəyanatda səfərin əsas məqsədinin qoşunlarının təmas xəttində, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə ətraflı məlumat əldə etmək, 2016-cı ildə Vyana və Sankt-Peterburq sammitlərində əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzrə müzakirələrin aparılması, eləcə də münaqişənin həlli istiqamətində növbəti addımların müzakirəsi olduğu deyilir.

Qeyd olunub ki, danışıqlar zamanı həmsədrlər qoşunların təmas xəttində baş verən son insidentlərlə bağlı öz dərin narahatlığını bir daha bəyan ediblər: “Prezidentlər həmsədrlərin xüsusilə də Novruz və Pasxa bayramlarında hərbi əməliyyatların daha da kəskinləşməsinin qarşısını almaq üçün atəşkəs rejiminin möhkəmləndirilməsi ilə bağlı təklifləri nəzərə alıblar. Onlar münaqişənin siyasi yolla həlli istiqamətində danışıqlar prosesinin davam etdirilməsində hazır olduqlarını bildiriblər. Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminə əməl olunması gələcəkdə danışıqların davam etdirilməsi üçün zəruri olan etimad mühitinin yaradılması üçün mühüm əhəmiyyət kəsb edir.”.

Bəyanatda həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsinə dair müzakirələrin aparıldığı da vurğulanıb.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 71
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."