“Hər dəfə məni bağışlayıb” deyən Xatirəyə Vasifdən REAKSİYA

media-hightechnic-468x90

“Hər dəfə o məni bağışlayıb”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam duet ortağı, Əməkdar artist Vasif Məhərrəmli barədə “Günaydın Azərbaycan” verilişində deyib.

Bir vaxtlar aralarında soyuq yellər əsdiyini deyən Xatirə Vasifə qarşı çox səhvlər etdiyini, lakin qarşı tərəfin onu bağışladığını bildirib:

“Mən özüm də ona qarşı soyuqluq etmişəm. Özüm də səhv etmişəm, olub, amma hər dəfə o məni bağışlayıb və hər dəfə də hiss etmişəm ki, o, məni itirmək istəmir. Əslində, bu cür insanları qoruyub saxlamalıyıq. Bu günə qədər çox adamlarla duet oxumuşam. Bu günə qədər elə olmayıb ki, kimlə isə duet oxuyum və o duet partlamasın. Elə bir şey yaşamamışam. Amma heç kim Vasifin yerini verə bilməz, Vasifin dostluğu, yoldaşlığı ayrıdır. Bir də görürsən, müəyyən şeylərdə sözümüz, bəzən fikirlərimiz düz gəlmir, hərəmiz öz qınımıza çəkilirik”.

Vasif Məhərrəmli onun fikirlərinə belə reaksiya verib:

“Bir də elə səhvlər etmə”.

Nehru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600