!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hərbi attaşelər “N” hərbi hissəyə tanışlıq səfəri ediblər

!Reklam – Yazi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin “N” hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsinə hörmət və ehtiram nümayiş etdirilib.

Sonra 22 dövləti təmsil edən hərbi attaşelik aparatlarının 26 nümayəndəsinə hərbi hissənin yaranması və döyüş yolu haqqında brifinq verilib.

Qonaqlar şəxsi heyətə verilən yeni növ hərbi geyim forması, gündəlik qida təminatı, məişət şəraiti və hərbi hissənin silahlanmasında olan bəzi döyüş texnikası ilə tanış olublar.

Səfər çərçivəsində qonaqlar Nizami Gəncəvi məqbərəsi və muzeyi, Fikrət Əmirov adına Gəncə Dövlət Flarmoniyası, Şah Abbas məscidi, Göygöl Milli parkını, həmçinin 2020-ci ilin oktyabr ayında erməni silahlı qüvvələrinin Gəncə şəhərinə müxtəlif raketlərlə hücumu zamanı dağıdılmış yaşayış yerlərini ziyarət ediblər.

Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə, göstərilən diqqət və qonaqpərvərliyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

www.yenicag.az

99
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv