Yəmənin Mareb əyalətində hərbi düşərgə atəşə tutulub.
Yenicag.az xəbər verir ki, ordu yataqxanasının raket atəşinə tutulması nəticəsində 70 hərbçi həlak olub, daha 50 nəfər yaralanıb.
Raketin ballistik olduğu ehtimal edilir.
Yəmən ordusu raketlərin “Ənsar Allah” hərəkatı (husilər-red) tərəfindən atıldığını iddia edir. Lakin hərəkat raket atəşinə görə məsuliyyəti üzərinə götürməyib.
www.yenicag.az